...

Kəlbəcərlilərin sosial problemləri ilə bağlı növbəti görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 16 Yanvar 2017 16:04 (UTC +04:00)
Müxtəlif sosial problemlərin həllinə köməklik göstərməsi ilə bağlı müraciətlər edən Kəlbəcər rayonunun bir qrup sakini ilə növbəti görüş keçirilib.
Kəlbəcərlilərin sosial problemləri ilə bağlı növbəti görüş keçirilib (FOTO)

Bakı. Trend:

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun tapşırığına əsasən müxtəlif sosial problemlərin həllinə köməklik göstərməsi ilə bağlı müraciətlər edən Kəlbəcər rayonunun bir qrup sakini ilə növbəti görüş keçirilib.

Qurumdan Trend-ə verilən məlumata görə, görüşü keçirən Millət vəkili Cavid Qurbanovun nümayəndəsi Həbib Misirov bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ev-eşiyindən didərgin düşən qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olub.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi siyasət öz bəhrəsini verməyə başlayan andan dövlət tərəfindən, digər sahələrdə olduğu kimi, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsilə də bağlı geniş tədbirlər həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirilən Azərbaycan Prezidenti İlham Əliyevdə bütün çıxışlarında qaçqın və məcburi köçkünlərin problemlərinin daim dövlətin diqqət mərkəzində olduğunu qeyd edir.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı dövlət başçısı köçkünlərin problemlərinin daim diqqət mərkəzində olduğunu deyib. Bildirib ki, keçən il məcburi köçkünlərin problemlərinin həlli üçün yeni addımlar atılıb, yeni qəsəbələr salınıb. Bu il də bu proses davam edəcək, yəni, bu məsələ daim diqqət mərkəzindədir: "Əlimizdən gələni edirik və edəcəyik ki, məcburi köçkünlərin vəziyyətini daha da yaxşılaşdıraq".

Görüşdə 78 nəfər Kəlbəcər rayon sakinləri iştirak edib. Sakinlər onları narahat edən, xüsusən bəzi sosial problemləri ilə bağlı müraciət ediblər. Onların hər birinin müraciətləri qeydə alınmış, bəziləri yerindəcə həll olunub, digərləri isə əlaqədar qurumlara ünvanlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti