...

Şura 2016-cı ilin yekunlarını müzakirə edib

Cəmiyyət Materials 16 Yanvar 2017 19:20 (UTC +04:00)
Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.
Şura 2016-cı ilin yekunlarını müzakirə edib

Bakı. Trend:

Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sədr, millət vəkili Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2016-cı ildəki fəaliyyətinə dair hesabat, dövlət büdcəsindən Şuraya 2017-ci ildə ayrılmış vəsaitin bölgüsü və Şuraya daxil olan layihələr barədə məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın Əsasnaməsinə və QHT-lərə dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq 2016-cı ildə də QHT-lərin ictimai əhəmiyyət kəsb edən çoxsaylı təşəbbüslərini dəstəkləndiyini və ölkədə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirdiyini bildirib. İcraçı direktor ötən il Şuranın məlumat, təşkilati-texniki, konsultativ, maliyyə, metodiki sahədə QHT-lərə verdiyi dəstəklə bağlı ətraflı məruzə edib. Eyni zamanda Şuranın təşəbbüsü ilə Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaradılması, Şuranın iştirak etdiyi dövlət proqramları, beynəlxalq əməkdaşlıq və digər məsələlər haqqında da məlumat verib. F.Qurbanov Şuranın 2016-cı ildə üç qrant müsabiqəsi həyata keçiridiyini və 556 QHT layihəsinin maliyyələşdirildiyini deyib.

F.Qurbanov 2017-ci il üçün Şuraya ayrılmış büdcə vəsaiti haqqında da məlumat verib.
Şura üzvləri Vüsal Quliyev, Əliməmməd Nuriyev, İlqar Məmmədov, Nərgiz Xələf, Şahin İsmayılov, Rufiz Qonaqov, Sahib Məmmədov, Anar Xəlilov və Emin Həsənli çıxış edərk gündəlikdə dayanan məsələlərlə bağlı təkliflərini bildiriblər.

İclasda Apellyasiya Komissiyasının səlahiyyətlərinin genişləndirilərək yalnız qrant müsabiqəsi nəticələri üzrə deyil, layihələrinin təqdimolunması prosesi ilə də bağlı məsələlərlə əlaqədar fəaliyyət göstərməsi təklif edilib. Toplantıda layihələri qiymətləndirən ekspertlərin siyahısı da müzakirə edilib.

Müzakirələrdən sonra iclasın gündəliyində olan məsələlər ayrılıqda səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti