...

ADU-da 20 Yanvar faciəsinə həsr olunmuş növbəti tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 17 Yanvar 2017 10:51 (UTC +04:00)
Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş növbəti tədbir keçirilib.
ADU-da 20 Yanvar faciəsinə həsr olunmuş növbəti tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Yanvarın 16-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş növbəti tədbir keçirilib.

ADU-nun İnformasiya Departamentindən Trend-ə verilən məlumata görə, kafedra müdiri, siyasi elmlər namizədi, dosent Samir Həmidov 20 Yanvar hadisəsinin dünya tarixində unikal xarakter daşıdığını bildirərək bunun Azərbaycan xalqının müstəqilliyi uğrunda qəhrəmanlıq mübarizəsi olduğunu qeyd edib. O vurğulayıb ki, 20 Yanvar faciəsini digər faciələrdən fərqləndirən əsas cəhət Azərbaycanın dinc əhalisinin dünyanın ən böyük və güclü dövlətlərindən birinə qarşı silahsız və əliyalın savaşması olub. Bu qanlı olayın azadlıq hərəkatının mühüm bir hissəsi olduğunu diqqətə çatdıran S.Həmidov 20 Yanvar hadisəsi nəticəsində milli kimliyimizi qazandığımızı sözlərinə əlavə edib.

Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu belə bir günün fəxrlə anılmasının şərt olduğunu bildirib, əsarət bayrağımızın hürriyyət bayrağına çevrildiyini bildirib. Professor qanlı hadisənin qurbanlarından birinin də ADU-nun tələbəsi Ülvi Bünyadzadə olduğunu bildirib.

Sonra Beynəlxalq münasibətlər kafedrasının əməkdaşları faciə ilə bağlı fikirlərini bölüşüblər. Tədbirdə faciə nəticəsində Azərbaycan xalqının təfəkkürünün dəyişildiyi, bu hadisəni törədənlərin hərbi cinayətkar olduğu bildirilib, həmçinin 20 Yanvar hadisəsinə ilk siyasi-tarixi qiymətin məhz Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyi söylənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti