...

Lənkəranda 1 top mərmisi zərərsizləşdirilib (FOTO)

Cəmiyyət Materials 17 Yanvar 2017 12:39 (UTC +04:00)
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən bu gün Lənkəran rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.
Lənkəranda 1 top mərmisi zərərsizləşdirilib  (FOTO)

Bakı. Trend:

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən bu gün Lənkəran rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, rayonun Ürgə kəndində yol kənarında 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi (OF-462) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, 1500 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə, Agentlik tərəfindən 1-17 yanvar tarixlərində Füzuli, Şamaxı və Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 1 otlaq sahəsinə, dəniz kənarına və avtobaza ərazisinə baxış keçirilib, 1 203 ədəd partlamamış hərbi sursat, 10 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 6 550 kv.m ərazi yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti