...

Əbülfəs Qarayev: Ötən il Azərbaycana gələn turistlərin sayında 11 faiz artım olub (FOTO)

Cəmiyyət Materials 18 Yanvar 2017 10:20 (UTC +04:00)
2016-cı ildə ölkəmizə gələn turistlərin sayında 11 faiz artım olub.
Əbülfəs Qarayev: Ötən il Azərbaycana gələn turistlərin sayında 11 faiz artım olub (FOTO)

Bakı. Trend:

2016-cı ildə ölkəmizə gələn turistlərin sayında 11 faiz artım olub.

Trend-in məlumatına görə, bunu Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İspaniyaya səfəri çərçivəsində Dünya Ticarət Təşkilatının baş katibi Taleb Rifai ilə görüşündə deyib.

Görüşdə təşkilatla Azərbaycan arasında əməkdaşlıq, “Beynəlxalq davamlı turizm ili” çərçivəsində görüləcək işlər, cari ilin mayında Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və DTT-nin İcraiyyə Şurasının növbəti iclası ilə bağlı müzakirələr aparılıb. Ə.Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin son aylarda turizm sahəsi ilə bağlı olduqca vacib sərəncamlar verdiyini, Turizm Şurasının yaradıldığını, turizm sahəsinin inkişafı ilə bağlı strateji yol xəritəsinin təsdiq edildiyini diqqətə çatdırıb.

DTT-nin baş katibi T.Rifai Azərbaycanda turizm sahəsində aparılan islahatlar barədə fikir mübadiləsi apardığını xatırladaraq, bu sahənin ölkəmizin iqtisadiyyatına böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.

Nazir 2016-cı ildə ölkəmizə gələn turistlərin sayında 11 faiz artım olduğunu qeyd edərək bu rəqəmin 2017-ci ildə daha da artacağını vurğulayıb. Görüşün sonunda qərara alınıb ki, DTT ilə Azərbaycan arasında işçi qaydada intensiv təmaslar davam etdirilsin.

Sonra nazir Ə.Qarayev DTT-nin ST-EP Fondunun Direktorlarının 14-cü görüşündə və Gürcüstan Baş nazirinin şərəfinə təşkil edilən qəbulda iştirak edib. Görüşlərdə Azərbaycanın İspaniyadakı səfiri, ölkəmizin DTT yanında daimi nümayəndəsi Anar Məhərrəmov və nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə də iştirak edib.

Qeyd edk ki, Ə.Qarayev Madriddə BMT-nin Dünya Turizm Təşkilatının (DTT) ST-EP Fondunun Direktorlarının 14-cü görüşündə iştirak etmək üçün İspaniyaya səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti