...

Azərbaycanda qripə yoluxma epidemioloji hədd daxilindədir

Cəmiyyət Materials 18 Yanvar 2017 11:22 (UTC +04:00)
Respublikada həyata keçirilmiş kompleks qabaqlayıcı tədbirlər 2016-cı ildə Avropa regionunun əksər ölkələrində, xüsusən həmsərhəd ərazilərdə ağır gedişli, yüksək ölüm faizi ilə nəticələnən A(H1N1) virusu epidemiyasının ölkəmizə keçməsinin qarşısını alıb.
Azərbaycanda qripə yoluxma epidemioloji hədd daxilindədir

Bakı. İlhamə İsabalayeva - Trend:

Respublikada həyata keçirilmiş kompleks qabaqlayıcı tədbirlər 2016-cı ildə Avropa regionunun əksər ölkələrində, xüsusən həmsərhəd ərazilərdə ağır gedişli, yüksək ölüm faizi ilə nəticələnən A (H1N1) virusu epidemiyasının ölkəmizə keçməsinin qarşısını alıb.

Trend-n məlumatına görə, bunu bu gün keçirdikləri mətbuat konfransında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, hər il olduğu kimi 2016-2017-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik tədbirlərin, həmçinin epidemioloji monitorinqin gücləndirilməsi istiqamətində işlər aparılıb. Virusoloji laboratoriyada aparılan müayinələr xəstələnmənin epidemioloji hədd daxilində olduğunu göstərir:

"Son illərdə epidemiya və pandemiyaların baş verməsi təhlükəsinin qarşısının alınması istiqamətində yoluxucu xəstəliklərin monitorinqi aktual məsələyə çevrilib. Bununla əlaqədar infeksion xəstəliklər üzərində Elektron Müşahidə Sistemi tətbiq olunub və o, daima yenilənir və təkmilləşdirilir. Sistem vasitəsi ilə ölkəmizdə qeydə alınan hər bir infeksiya hadisəsi barədə onlayn rejimində məlumat alınır, operativ tədbirlər həyata keçirilir, epidemioloji vəziyyət, o cümlədən rayon səviyyəsində təhlil edilir. Bu elektron proqram Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Avropada ən müasir sistem kimi qiymətləndirilib və onun vasitəsi ilə müvafiq məlumatların birbaşa ÜST-ə göndərilməsinə də imkan yaradılıb".

A.Əliyeva deyib ki, son 10 gün ərzində - yanvarın təxminən 10-dan sonra kəskin respirator infeksiyalarla bağlı mərkəzə edilən müraciətlərin sayı azalıb. Kəskin respirator infeksiyalarla bağlı xəstələnmələrin ən pik dövrü dekabrda olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti