...

Sabah bağlanacaq yolların SİYAHISI açıqlandı

Cəmiyyət Materials 19 Yanvar 2017 08:00 (UTC +04:00)
Yanvarın 20-də paytaxtın bəzi küçə və prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Sabah bağlanacaq yolların SİYAHISI açıqlandı

Bakı. Samir Əli - Trend:

Yanvarın 20-də paytaxtın bəzi küçə və prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar yanvarın 20-də səhər saat 08:00-dan etibarən Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək. Həmin küçələrdə avtomobillərin hərəkətinin məhdudlaşdırılması Şəhidlər Xiyabanında ziyarət mərasimi başa çatana qədər davam edəcək.

Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, bu istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti