...

Mübariz Qurbanlı: Xaricdə terrorçuluqla məşğul olan azərbaycanlılar vətəndaşlığı itirmiş sayılırlar

Cəmiyyət Materials 19 Yanvar 2017 11:31 (UTC +04:00)
Xaricdə terrorçuluqla məşğul olan Azərbaycan vətəndaşları avtomatik olaraq vətəndaşlığı itirmiş sayılırlar.
Mübariz Qurbanlı: Xaricdə terrorçuluqla məşğul olan azərbaycanlılar vətəndaşlığı itirmiş sayılırlar

Bakı. Elçin Mehdiyev – Trend:

Xaricdə terrorçuluqla məşğul olan Azərbaycan vətəndaşları avtomatik olaraq vətəndaşlığı itirmiş sayılırlar. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, "Dini ekstremizm haqqında" qanuna və referendumla Konstitusiyaya edilən dəyişikliklərə əsasən, Azərbaycandan kənarda qeyri-qanuni silahlı birləşmələrdə, terror qruplarında iştirak edən şəxslərin ölkəyə girişi qadağan edilib.

Dövlət Komitəsinin sədri qeyd edib ki, həmin şəxslər avtomatik olaraq vətəndaşlığı itirmiş sayılırlar: "Əgər bir adam öz ölkəsində deyil, xaricdə hansısa qeyri-qanuni silahlı dəstədə iştirak edirsə, terrorla məşğul olursa, cinayətlər törədirsə, həmin adam ölkəyə buraxılmır. Bu da qanuni bir addımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti