...

Uşaqların tərbiyəsi necə aparılmalıdır?

Cəmiyyət Materials 19 Yanvar 2017 11:59 (UTC +04:00)
Hər bir ana-ata övladı üçün hər şeyin ən yaxşısını istədiyi üçün onlara bol miqdarda nəzarət edir.
Uşaqların tərbiyəsi necə aparılmalıdır?

Bakı. Trend:

Hər bir ana-ata uşağı üçün bir çox detalı planlaşdırır, övladı üçün hər şeyin ən yaxşısını istədiyi üçün onlara bol miqdarda nəzarət edir. Bu davranış forması uşaqlar üçün məcburedicidir.

Uşaqlardan bu nəzarətin qüsursuz qarşılanmasını istəmək qarşıdurmaların yaranmasına səbəb ola bilər. Bu tələblərə cavab verməyə müqavimət göstərən uşaq da valideynlərinin gözündə söz dinləməyən uşaq tipinə çevrilir. Uşaqlar söz dinləməz, çünki onlar yetkinlərin ağızından çıxan sözlərə görə hərəkət edən robotlar deyil.

Uşaqların istəkləri, maraqları, hərəkət etmə və qayğı görməyə ehtiyacı var. Uşağın bu ehtiyacları və istəkləri yetkinin məşğul və planlı həyatında işlərin yolunda getməməsinə səbəb olan bir maneə halına çevrilə bilər. Ana və ata uşağı üçün, bir çox detalı planlaşdırır: səhər qalxma saatı, yeyiləcək olan yeməklər, yatma saatı və s. Bu valideynlərin uşağı üçün hər şeyin ən yaxşısını istəmək arzusudur. Qısası, ana-atanın nəzarətinə, ideallarına görə davrana bilməyən uşaq söz dinləməyən uşaq etiketini alır. Bəs uşaqların tərbiyə üsulu necə aparılmalıdır?

Bu sualın cavabını bilmək və digər sağlamlıq mövzuları ilə ətraflı tanış olmaq istəyirsinizsə, Rəna Bayramqızının təqdimatında Lider TV-də yayımlanan "Sağlam nəsil" verilişini izləməyi unutmayın.

"Sağlam nəsil" Lider TV-də şənbə günü saat 18:00-da, təkrarı isə bazar günü saat 17:00-dadır.
https://www.youtube.com/c/saglamnesil
https://www.facebook.com/SaglamNesil/?fref=ts
Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz.
Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti