...

“Azəravtoyol” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2017 12:33 (UTC +04:00)
“Azəravtoyol” ASC-də 20 Yanvar faciəsinin 27-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
“Azəravtoyol” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

“Azəravtoyol” ASC-də 20 Yanvar faciəsinin 27-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Qurumdan Trend-ə verilən məlumata görə, tədbirdə 20 yanvar faciəsində vətənin azadlığı, suverenliyi və birliyi uğrunda canlarından keçmiş, eyni zamanda günahsız qətlə yetirilən Azərbaycan oğullarının və qızlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimi Cəmiyyətin sədri Saleh Məmmədovun çıxışı ilə davam edib. S.Məmmədov çıxışı zamanı 1990-cı il yanvar ayının 20-i Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdiyini bildirib:

"1990-cı ilin qanlı yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin Sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirilib. Bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri insanlığa, humanizmə qarşı törədilən cinayətdir. Məhz buna görə də 20 yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir”.

Cəmiyyət sədri əlavə edib ki, xalqımıza qarşı törədilən bu cinayəti ilk dəfə ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək dinc əhaliyə qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd atılmış addım kimi pisləmiş, ölkə rəhbərliyinin xalqa xəyanət etdiyini cəsarətlə söyləyib:

“Bununla ulu öndər Heydər Əliyev Sovet hakimiyyətinin qanlı siyasətini ifşa etmiş olub. Məhz ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra həmin qanlı hadisələrə siyasi-hüquqi qiymət verildi, ağır cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı, 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi. Bir sözlə Heydər Əliyev öz quruculuq siyasəti ilə şəhidlərimizin canları uğrunda fəda etdikləri azadlıq və müstəqilik ideyalarını reallığa çevirdi."

S.Məmmədov çıxışı zamanı əlavə edib ki, bu gün də bu siyasət ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 20 Yanvar şəhidlərinin ailələrinin, faciə zamanı sağlamlıqlarını itirərək əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və dövlət qayğısının artırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən əməli tədbirlər görülür, dövlət başçısı bununla bağlı onlarla fərman və sərəncam imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti