...

20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2017 13:20 (UTC +04:00)
Sumqayıt Texnologiyalar Parkında 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib (FOTO)

Bakı. Trend:

Sumqayıt Texnologiyalar Parkında 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Qurumdan Trend-ə verilən məlumata görə, əvvəlcə vətənin azadlığı və suverenliyi uğurunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin icraçı direktoru Sahib Musayev çıxış edərək Azərbaycan xalqının mübarizə tarixində ən şanlı səhifələrdən olan Qanlı Yanvar faciəsini insanlığa qarşı törədilmiş qatı cinayət adlandırıb.

İcraçı direktor 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecənin canlı şahidi olaraq keçmiş Sovet ordusunun insanlığa yaraşmayan faciə törətməsindən, dinc əhaliyə qarşı həyata keçirdiyi vəhşiliklərdən, günahsız insanların müxtəlif silahlarla qətlə yetirilməsindən söhbət açıb, bu hadisənin xalqımızın azadlığı və müstəqilliyi yolunda böyük əhəmiyyət daşıdığını söyləyib.

Qeyd edilib ki, bu faciə xalqımızın həyatında və yaddaşında dərin iz qoyub. Həmin gecə günahsız və silahsız vətəndaşlarımız milli azadlığımız, suverenliyimiz uğrunda mübarizəyə qalxıblar. Bu hadisələrə ilk dəfə də hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib.

Texnoparkın Texniki istehsalat şöbəsinin rəis müavini Zirəddin İsmayılov 20 Yanvar hadisələrinin mənəvi, siyasi, hüquqi aspektləri barədə məlumat verib, xalqımızın həyatında və yaddaşında dərin iz qoymuş faciənin ağır nəticələrindən danışıb. Vurğulanıb ki, xalqımızın yaddaşında əbədi qalacaq 20 Yanvar şəhidlərinin qanı ilə Azərbaycanın müstəqilliyinə doğru yol açılıb. Faciədən bir gün sonra ümummilli lider Heydər Əliyev təhlükə və təqiblərə baxmayaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək cəsarətlə Sovet rəhbərliyinə, kommunist rejiminə qarşı etiraz dolu bəyanat səsləndirib.

Anım mərasiminin sonunda 20 Yanvar faciəsinə həsr olunan sənədli filmə nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti