...

Bakıda narkotik saxlamaqda təqsirləndirilən şəxs bəraət aldı, müstəntiq cəzalandırıldı

Cəmiyyət Materials 19 Yanvar 2017 17:04 (UTC +04:00)
Nəsimi rayon məhkəməsində narkotik maddə saxlamaqda təqsirləndirilərək həbs olunan Bakı şəhər sakini Vüqar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakıda narkotik saxlamaqda təqsirləndirilən şəxs bəraət aldı, müstəntiq cəzalandırıldı

Bakı. Samir Əli - Trend:

Nəsimi rayon məhkəməsində narkotik maddə saxlamaqda təqsirləndirilərək həbs olunan Bakı şəhər sakini Vüqar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Azayevin cinayəti sübuta yetirilmədiyindən ona bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə, həmçinin istintaqı düzgün aparmayan müstəntiq və təhqiqatçı barədə tədbir görülməsi üçün xüsusi qərar qəbul edib.

İttihama əsasən, V.Ağayev ötən il Nəsimi rayon Polis İdaərsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış və ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham sürülmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti