...

Bakıda 301 nəfərdən ibarət 131 cinayətkar qrup ifşa olunub

Cəmiyyət Materials 19 Yanvar 2017 17:09 (UTC +04:00)
Ötən il Bakıda 301 nəfərdən ibarət 131 cinayətkar qrup ifşa olunub.
Bakıda 301 nəfərdən ibarət 131 cinayətkar qrup ifşa olunub

Bakı. Trend:

Ötən il Bakıda 301 nəfərdən ibarət 131 cinayətkar qrup ifşa olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə yanvarın 19-da daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2016-cı ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov deyib.

O qeyd edib ki, cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 3.947 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 380 bağlı cinayət açılıb.

Təqsirləndirilən şəxs qismində axtarışda olanların 75,8 faizi, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların isə 60,8 faizi tutulub.

Bununla yanaşı, 77 soyğunçuluq və quldurluq cinayəti törətmiş 137 nəfərdən ibarət 67 qrup, eləcə də mənzillərdən 303 oğurluq törətmiş 164 nəfərdən ibarət 64 cinayətkar qrup ifşa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti