...

Azərbaycan “Fitur-2017” beynəlxalq sərgi təşkilatçılarına etiraz məktubu göndərdi

Cəmiyyət Materials 19 Yanvar 2017 17:32 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi İspaniyanın Madrid şəhərində keçirilən “Fitur-2017” beynəlxalq turizm sərgisində Ermənistan tərəfindən Dağlıq Qarabağdakı separatçı rejimi təbliğ edən xüsusi stendin nümayiş olunmasına etiraz edib.
Azərbaycan “Fitur-2017” beynəlxalq sərgi təşkilatçılarına etiraz məktubu göndərdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi İspaniyanın Madrid şəhərində keçirilən “Fitur-2017” beynəlxalq turizm sərgisində Ermənistan tərəfindən Dağlıq Qarabağdakı separatçı rejimi təbliğ edən xüsusi stendin nümayiş olunmasına etiraz edib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov Trend-ə bildirib ki, bununla bağlı sərgi təşkilatçılarına məktub ünvanlanıb:

“Beynəlxalq Turizm Təşkilatının tanınmamış ərazilərin təbliğ edilməməsi ilə bağlı müvafiq qərarı var. Mütəmadi olaraq Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həm beynəlxalq təşkilatlara, həm tədbirlərin təşkilatçılarına bu halların qarşısının alınması üçün əvvəlcədən müvafiq müraciətlər ünvanlanır. Bu faktla bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatında keçirdiyi rəsmi görüşlər zamanı öz narahatlığını ifadə edib”.

Qeyd edək ki, sərgi yanvarın 18-də işinə başlayıb və yanvarın 22-də yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti