...

20 Yanvarla bağlı Dövlət Bayrağı Muzeyində anım tədbiri keçirilib

Cəmiyyət Materials 19 Yanvar 2017 18:31 (UTC +04:00)
Bu gün Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən 20 Yanvar – Ümumxalq Hüzn günü ilə bağlı Dövlət Bayrağı Muzeyində anım tədbiri keçirilib.
20 Yanvarla bağlı Dövlət Bayrağı Muzeyində anım tədbiri keçirilib

Bakı. Trend:

Bu gün Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən 20 Yanvar – Ümumxalq Hüzn günü ilə bağlı Dövlət Bayrağı Muzeyində anım tədbiri keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları 1990-cı il 20 yanvar gecəsində azadlıq və suverenlik uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən İdarənin Aparat rəhbəri Elmir Bağırov qeyd edib ki, Azərbaycanın dövlətçilik tarixində 20 Yanvar günü, böyük faciə ilə yanaşı, xalqımızın milli müstəqillik, Vətənimizin azadlığı uğrunda mübarizə ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilib.

O, deyib ki, Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altında olduğu bir vaxt bu səsi ilk olaraq ümummilli lider Heydər Əliyev ucaldıb, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham edib, törədilən hadisənin hüquqa, demokratiyaya, humanizmə zidd hadisə olduğunu deyib.

Digər natiqlər də faciə ilə bağlı öz fikirlərini bildiriblər və bu ağır günlərdə xalqımızın nümayiş etdirdiyi birliyin, şəhidlərimizin qəhrəmanlığının gənclər üçün nümunə olduğunu qeyd ediblər.

Tədbirin sonunda 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti