...

“İçərişəhər” DTMQ İdarəsində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 20 Yanvar 2017 01:47 (UTC +04:00)
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 19 yanvar tarixində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
“İçərişəhər” DTMQ İdarəsində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 19 yanvar tarixində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbir açıq elan edildikdən sonra Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra “Sirdaş” telelayihəsinin 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi buraxılışı nümayiş olunub.

Tədbirdə AMEA Tarix İnstitutunun şöbə müdiri, professor Kərəm Şükürov, Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının müəllimi Firdovsiyə Əhmədova, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli, tarix elmləri doktoru, professor Kamil İbrahimov çıxış edərək faciənin baş vermə səbəblərini həmin dövrün ictimai-siyasi hadisələri fonunda təhlil edib, bu günü Azərbaycan tarixinin müstəqilliyə gedən yoldakı dönüş nöqtəsi kimi qiymətləndirərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı həyata keçirilmiş ən ağır cinayətlərdən biri, hərbi təcavüz kimi tarixə düşməsini qeyd ediblər.

Tədbirdə 20 Yanvar hadisələrinin Azərbaycan xalqının taleyində oynadığı roldan, qanlı hadisələrə aparan tarixi şəraitdən, o dövrkü SSRİ və Azərbaycan SSR rəhbərliyinin yarıtmaz və eyni zamanda məkrli siyasəti, yerli rəhbərliyin öz xalqına etinasız münasibəti və bunun nəticəsində törədilmiş cinayət haqqında söhbət aparılmış, azadlıq uğrunda canlarını qurban vermiş şəhidlərimizin böyük qəhrəmanlığı və onların əziz xatirəsinin heç zaman unudulmayacağı vurğulanmışdır. Natiqlər yanvar hadisələri zamanı həyatlarını qurban vermiş şəhidlərin qəhrəmanlığının ölkəmizin müstəqilliyinin bərpa edilməsində əvəzolunmaz rolunu vurğulayıblar.

Anım mərasimində tarixçi alimlər, ziyalılar, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi və əməkdaşları iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti