...

Azərbaycan Dövlət Filarmoniyasında 20 Yanvar şəhidləri anılıb

Cəmiyyət Materials 20 Yanvar 2017 14:19 (UTC +04:00)
Azərbaycan Dövlət Filarmoniyasında 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Azərbaycan Dövlət Filarmoniyasında 20 Yanvar şəhidləri anılıb

Bakı. Trend:

Azərbaycan Dövlət Filarmoniyasında 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tariximizin elə səhifələri var ki, illər, əsrlər ötsə də, heç vaxt unudulmur, nəsillərdən nəsillərə ötürülür. Xalqımızın qan yaddaşına əbədi həkk olunan belə səhifələrdən biri də 1990-cı ilin 20 yanvarıdır.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiasına etiraz edən, Azərbaycanın suveren hüquqlarının müdafiəsinə qalxan xalqımıza qarşı həmin gün qırmızı imperiyanın ordusu, sovet hərb maşını misli görünməmiş təcavüz törətdi. Amma xalqımız həmin faciənin ağırlığı altında sınmadı, milli qürurunu itirmədi. Müstəqil Azərbaycan vətən uğrunda canından keçən şəhidlərimizin ruhuna, xatirəsinə ən böyük abidədir.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, nazirliyin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirib. Şəhidlərimizin xatirəsinə ithaf olunan musiqi axşamında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər Xalq artisti Rauf Abdullayev) və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) solistlərinin ifasında konsert proqramı təqdim olunub. Proqramda Volfqanq Amadey Motsartın "Rekviyem" əsəri ifa olunub.

Konsertin solistləri Nigar Cəbiyeva, Əliəhməd İbrahimov, Səbinə Əsədova və Anton Ferştandt idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti