...

Deputat: Pensiya və əməkhaqqının artırılması təqdirəlayiqdir

Cəmiyyət Materials 21 Yanvar 2017 17:54 (UTC +04:00)
Azərbaycanda pensiya və minimum əməkhaqqının artırılması təqdirəlayiqdir.
Deputat: Pensiya və əməkhaqqının artırılması təqdirəlayiqdir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda pensiya və minimum əməkhaqqının artırılması təqdirəlayiqdir.

Bunu Trend-ə Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

Deputat pensiya və minimum əməkhaqqının artırılması barədə qərarın aparılan müəyyən təhlillər əsasında verildiyini söyləyib.

Onun sözlərinə görə, Prezidentin sərəncamı ilə pensiya və minimum əməkhaqqının artırılması Azərbaycanın sosial siyasətinin tərkib hissəsidir:

“Bütün bunlar bir daha onu sübut edir ki, dünyada baş verən iqtisadi böhran şəraitində Azərbaycan vətəndaşının normal yaşaması üçün dövlət tərəfindən bütün lazımi tədbirlər görülür. Dövlətin əhaliyə göstərdiyi dəstək bu gün ortaya çıxan məsələ deyil. Azərbaycanda həmişə əhalinin həyat şəraitinin yüksəldilməsi istiqamətində addımlar atılıb”.

Qeyd edək ki, Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının və bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması haqqında sərəncam imzalayıb. Sərəncamlara əsasən yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 116 manat müəyyən edilir, bütün növ əmək pensiyalarının sığorta hissəsi isə 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq artırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti