...

Xızıda partlamamış top mərmisi tapılıb (FOTO)

Cəmiyyət Materials 21 Yanvar 2017 15:16 (UTC +04:00)
Xızı rayonunun Stalçay kəndində Qızıldərə adlanan ərazidə 1 ədəd partlamamış hərbi sursat (PHS) (100 mm-lik top mərmisi OF-15) tapılıb.
Xızıda partlamamış top mərmisi tapılıb (FOTO)

Bakı. Trend:

Xızı rayonunun Stalçay kəndində Qızıldərə adlanan ərazidə 1 ədəd partlamamış hərbi sursat (PHS) (100 mm-lik top mərmisi OF-15) tapılıb.

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, hərbi sursat zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 2 500 kv.m. ərazi yoxlanılıb.

Ümmilikdə Agentlik tərəfindən 01 - 21 yanvar 2017-ci il tarixlərində Füzuli, Şamaxı, Xızı və Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 1 otlaq sahəsinə, 1 hərbi hissənin yaxınlığına, dəniz kənarına və avtobaza ərazisinə baxış keçirilib, 1 232 ədəd partlamamış hərbi sursat, 10 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 12 470 kv.m ərazi yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti