...

Xəstəxanada özünü atan xəstə “bomj” olub

Hadisə Materials 23 Yanvar 2017 10:19 (UTC +04:00)
Bakının 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında özünü atan 1971-cü il təvəllüdlü Samir Qurbanov “bomj” olub.
Xəstəxanada özünü atan xəstə “bomj” olub

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakının 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında özünü atan 1971-cü il təvəllüdlü Samir Qurbanov “bomj” olub.

Bu barədə Trend-ə xəstəxananın həmin xəstəni qəbul edən tibb işçilərindən biri deyib.

Onun sözlərinə görə, S.Qurbanov yanvarın 19-da küçədə döyülmüş halda tapılıb və o, xəstəxanaya təcili tibbi yardım maşını tərəfindən gətirilib. Xəstəxanaya daxil olan zaman onun üzündə hematoma olub. Onun müalicəsi də üzünün yumşaq toxumalarının zədələnməsinə görə aparılıb:

“Xəstəxanada o həkim müayinəsindən keçdi, sistem köçürüldü, vəziyyəti yaxsı dəyərləndirildi. Amma onun psixi problemləri var idi. Xəstəxanaya daxil olan gün bütün günü öz-özünə danışıb. Bizə deyirdi ki, pəncərəni açın “Pavlov məni çağırır”. Dünən saat 5-ə işləmiş isə özünü pəncərədən atıb”.

Qaradaq Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, S.Qurbanov xəstəxananın 2-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti