...

Ağcabədidə “Odlar Yurdu” qalib oldu (FOTO)

Cəmiyyət Materials 23 Yanvar 2017 10:38 (UTC +04:00)
“İntellektual gənclər” layihəsinə start verilib.
Ağcabədidə “Odlar Yurdu” qalib oldu (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən icra edilən “İntellektual gənclər” layihəsinə start verilib.

Təşkilatın İctimaiyyətlə əlaqələr departamentindən Trend-ə verilən məlumata görə, 19 yanvar 2017-ci il tarixdə Ağcabədi şəhər 3 saylı tam orta məktəbin akt zalında gənclər arasında milli mövzuları əhatə edən suallardan ibarət paketlə “Xəmsə” intellektual oyun növü üzrə yarış keçirilib. Tədbir Ağcabədi rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin təşkilati dəstəyi ilə baş tutub.

Tədbirdə iştirak edən Təhsil Şöbəsinin məsul əməkdaşı Tofiq Əliyev tədbiri açıq elan edib, intellektual oyunların əhəmiyyətindən söz açıb və iştirakçılara uğurlar arzulayıb.

Layihə komandası tərəfindən start verilən turnirə mərkəz və kənd gənclərindən ibarət 8 komanda qatılıb. Gərgin mübarizə şəraitində baş tutan intellektual turnirdə, müvafiq olaraq, "Odlar Yurdu" komandası I, "Şahinlər" komandası II, "8 nömrəli" komandası isə III yerin sahibi olub. Qaliblər diplomlarla təltif olunublar.

Qeyd edək ki, layihə azərbaycançılıq ideyalarının təbliği və vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından önəmli xarakter daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti