...

FIG texniki direktoru: Bakı Qitələrarası hakimlik kurslarının təşkilatçılığının öhdəsindən uğurla gəldi (FOTO)

Nəzər nöqtəsi Materials 23 Yanvar 2017 13:10 (UTC +04:00)
Bakı Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Qitələrarası hakimlik kurslarının təşkilatçılığının öhdəsindən uğurla gəldi
FIG texniki direktoru: Bakı Qitələrarası hakimlik kurslarının təşkilatçılığının öhdəsindən uğurla gəldi (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bakı Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Qitələrarası hakimlik kurslarının təşkilatçılığının öhdəsindən uğurla gəldi.

Trend-in məlumatına görə, bunu FIG-n texniki direktoru və bədii gimnastika üzrə texniki komitənin rəhbəri Natalya Kuzmina deyib.

Onun sözlərinə görə, kursların təşkili yüksək səviyyədə idi.

N.Kuzmina deyib: “Bakı kursların təşkilinin öhdəsindən layiqincə gəldi. Görülən iş tərifə layiqdir. Kurslar yüksək səviyyədə təşkil olunmuşdu. Mən buna görə FIG adından Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov başda olmaqla, bütün təşkilat komitəsinə, eləcə də Federasiya rəhbərliyinə minnətdarlığımı bildirmək istərdim”.

Kursların yekunundan və əhəmiyyətindən danışan N.Kuzmina hakimlik imtahanlarının nəticələrinin yaxın günlərdə məlum olacağını deyib:

“Üç gün yarım ərzində hakimlər mühazirə kursları keçib və yarışların qaydalarını öyrənib, şənbə günü isə imtahan keçirilib. Bu, hakimlərin yeni qaydalar üzrə qiymətləndirmə keçirə bilıməsi üçün vacib imtahandır. Bu imtahan əsasında hakimlər bir olimpiya müddəti – dörd il üçün lisenziya alacaq. Nəticələr hələlik məlum deyil. Bir neçə gün ərzində texniki komitə və FIG rəhbərliyi nəticələri hesablayacaq və hansı hakimin normativləri yerinə yetirdiyini və hansı kateqoriyanı aldığını müəyyən edəcək”.

Qeyd edək ki, bədii gimnastika üzrə FIG Qitələrarası hakimlik kursları yanvarın 17-dən 21-dək Bakıda keçirilib. Bu kurslar Olimpiya siklində bir dəfə keçirilir və hakimlərə ən yüksək – birinci hakimlik kateqoriyasını əldə etməyə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti