...

Gədəbəydə intiharın qarşısı alınıb (YENİLƏNİB)

Cəmiyyət Materials 24 Yanvar 2017 10:34 (UTC +04:00)
Gədəbəy rayonunda intihar hadisəsi baş verib.
Gədəbəydə intiharın qarşısı alınıb (YENİLƏNİB)

İlk xəbər 09:36-da yayımlanıb

Bakı. Samir Əli - Trend:

Ötən gün Gədəbəydə Çaldaş kəndində intihara cəhd etmiş İbrahimov Ramin Nadir oğlunun həyatını xilas etmək mümkün olub.

Trend-ə Gədəbəy rayon Mərkəzi Xəstəxanasınnı reanimasiya şöbəsinin müdiri Cövdət Hacıyevin verdiyi məlumata görə, həmin şəxsi son anda xəstəcxanaya çatdırıblar və həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub.

Həkimin verdiyi məlumata görə, hazırda E.İbarhimov ağır vəziyyətdədir və reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

X X X

Gədəbəy rayonunda intihar hadisəsi baş verib.

Gədəbəy rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə yanvarın 23-də axşam saat 19 radələrində rayonun Çaldaş kəndində baş verib. Kənd sakini, 1995-ci il təvəllüdlü İbrahimov Emin Nadir oğlu babasına məxsus tikilidə özünü asaraq intihar edib.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti