...

Nazir Ramin Quluzadə Sumqayıtda vətəndaşlarla görüşəcək

Cəmiyyət Materials 24 Yanvar 2017 10:54 (UTC +04:00)
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Sumqayıtda vətəndaşlarla görüşəcək.
Nazir Ramin Quluzadə Sumqayıtda vətəndaşlarla görüşəcək

Bakı. Trend:

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 27.01.2017-ci il tarixdə saat 12:00-da Sumqayıt şəhərində Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayonları və Sumqayıt şəhərinin sakinlərinə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Sumqayıt şəhərində 018 6554599

Abşeron rayonunda 012 3410499

Qubadlı rayonu üzrə 018 6483392

Şuşa rayonu üzrə 012 4584688

Zəngilan rayonu üzrə 012 4326166

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti