...

"İslam ölkələri: qadınlarının inkişafı" müsabiqəsi elan olundu

Cəmiyyət Materials 24 Yanvar 2017 11:12 (UTC +04:00)
“İslam ölkələri: qadınlarının inkişafı” adlı foto müsabiqə elan olunub.
"İslam ölkələri: qadınlarının inkişafı" müsabiqəsi elan olundu

Bakı. Trend:

2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “İslam ölkələri: qadınlarının inkişafı” adlı foto müsabiqə həyata keçirir.

Bu barədə Trend-ə Komitədən məlumat verilib.

Müsabiqədə iştirak etmək üçün iştirakçılar 15 fevral 2017-ci il tarixinə qədər [email protected] elektron ünvanına aşağıdakı sənədləri təqdim etməlidirlər:

Doldurmuş Anket (iştirakçı haqqında məlumat, əlaqə nömrəsi)
Müsabiqədə iştirak edən foto şəkil sayı: 1 – 5 ədəd;
Şəkillərin elektron forması 800 – 1500 px təşkil olunmalıdır və JPEG ,TİFF və ya RAW formatda təqdim edilə bilər.
Foto müsabiqəyə təqdim olunan işlər Komitənin 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə nümayiş olunacaq.

Müsabiqənin qalibləri mükafatlandırılacaq.
Əlaqə nömrəsi: 012 598 51 74

Məqalədə:
Xəbər lenti

Xəbər lenti