...

Dövlət Komitəsi Heydər Əliyevin xatirəsinə həsr olunmuş müsabiqə elan edib

Cəmiyyət Materials 24 Yanvar 2017 11:50 (UTC +04:00)
Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda müsabiqə elan edilib.
Dövlət Komitəsi Heydər Əliyevin xatirəsinə həsr olunmuş müsabiqə elan edib

Bakı. Trend:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövrün görkəmli siyasi xadimi, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi elan edib.

Komitədən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyənlər 30 aprel 2017-ci il tarixinə qədər məqalələrini və özləri haqqında məlumatı (adı, soyadı, atasının adı, əlaqə telefonları, təhsil aldığı müəssisə) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müsabiqəyə təqdim olunacaq məqalələr arial şriftində 14 ölçüdə, 3-5 səhifə həcmində olmalıdır. Məqalələr azərbaycan və rus dillərində təqdim oluna bilər. Müsabiqənin qalibləri mükafatlandırılacaq.

Əlaqə nömrəsi: 012 598 51 74

Məqalədə:
Xəbər lenti

Xəbər lenti