Bakı. Samir Əli - Trend:
"Azəriqaz" İstehsalat Birliyi Sumqayıt şəhərinin bəzi hissələrinə maye qaz yanacağının verilməsində yaranmış fasiləyə münasibət bildirib.
Qurumdan Trend-ə verilən məlumata görə, şəhərin bir hissəsinə qazın verilməsində yaranan fasilə ərazidə aparılan təmir işləri ilə əlaqədardır.
Təmir işləri günün sonuna qədər yekunlaşdırılacaq və qazın verilişi bərpa olunacaq.