...

A-Qroup 51 sığortalının onkoloji xəstəliyinin müalicəsini ödəyib

Cəmiyyət Materials 25 Yanvar 2017 10:35 (UTC +04:00)
Onkoloqiya - hökm deyil və onun müvəffəqiyyətli müalicəsinə həmişə şans var.
A-Qroup 51 sığortalının onkoloji xəstəliyinin müalicəsini ödəyib

Bakı. Trend:

Onkoloji xəstəliklər-dövrümüzün bəlasıdır. Ancaq yaddan çıxartmaq da lazım deyil ki, onkoloqiya - hökm deyil və onun müvəffəqiyyətli müalicəsinə həmişə şans var. Xəstliyin ilkin mərhələlərində diaqnostikanın, ixtisaslı tibbi yardımın göstərilməsi və cəld maliyyə köməyinin olması halında qoyulmuş qorxunc diaqnozdan sonra belə yaşamaq şansı kifayət qədər böyükdür.

A-Qroup öz sığortalılarına maliyyə köməyi göstərərkən məhz bunu rəhbər tutur. Şirkətdən Trend-ə verilən məlumata görə, 2016-cı ilin yekunlarına görə A-Qroup 51 onkoloji xəstənin müalicəsini ödəyib. Sığortalılar Azərbaycanın, Türkiyə, Rusiya, Almaniya, İsrail və başqa ölkələrin ən yaxşı klinikalarında müayinə və müalicə olunublar. A-Qroup onların hamısının tezliklə sağalmalarını arzu edir.

Qeyd edək ki, A-Qroup 20 ildən artıq öz müştərilərinin qayğısına qalan və onları dünya standartlarına cavab verən ixtisaslaşmış servislə təmin edən şirkət olaraq qalmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti