...

“İlk peşə ixtisas təhsili haqqında” qanun layihəsi hazırlanacaq (YENİLƏNİB)

Cəmiyyət Materials 25 Yanvar 2017 13:04 (UTC +04:00)
Milli Məclisin yaz sessiyası dövründə “İlk peşə ixtisas təhsili haqqında” qanun layihəsi hazırlanacaq.
“İlk peşə ixtisas təhsili haqqında” qanun layihəsi hazırlanacaq (YENİLƏNİB)

Bakı. Ilhamə İsabalayeva - Trend:

Milli Məclisin (MM) yaz sessiyası dövründə “İlk peşə ixtisas təhsili haqqında” qanun layihəsi hazırlanacaq.

Trend-in məlumatına görə, bu barədə MM-in Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, artıq bu layihənin yaradılması istiqamətində işlərə başlanılıb.

Hazırda Azərbaycanda ilk peşə ixtisas təhsili müəssisələrinin fəaliyyətinin Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş nümunəvi nizamnamə əsasında həyata keçirildiyini deyən İ.Həbibbəyli ölkədə peşə təhsili sahəsi üzrə indiyədək qanunun olmadığını nəzərə çatdırıb.

“İlk peşə ixtisas təhsili haqqında” qanun layihəsinin hazırlanması üçün bır sıra ölkələrin qanunvericilik bazası ilə tanış olduqlarını deyən İ.Həbibbəyli deyib ki, bır çox ölkələrdə peşə təhsili dövlət, özəl bələdiyyə mülkiyyəti formasında inkişaf edir.

İ.Həbibbəyli hesab edir ki, Azərbaycan üçün də bu variant məqbul hesab oluna bilər.

İclasın sonunda qərara gəliblər ki, layihənin adı dəyişdirilsin və "Peşə təhsili haqqında" adlandırılsın. İ.Həbibbəyli daha sonra əlavə edib ki, artıq Azərbaycan cəmiyyətində peşə təhsilinə olan yanaşma dəyişib. Onun sözlərinə görə, bir necə il əvvəl peşə təhsili dedikdə daha məhdud sayda peşə başa düşülürdüsə, artıq bu sahədə tədris olunan peşələrin sayı artırılıb: "Beş il əvvəl peşə təhsili dedikdə, daha çox usta başa düşülürdü. Lakin artıq peşə təhsil müəssisələrində informasiya kommunikasiyaları üzrə və digər yeni sahələr üzrə bir çox peşələr öyrədilir. Ona görə də artıq peşə təhsili dedikdə, yalnız bənna, suvaqçı, dülgər kimi peşələri öyrədən təhsil kimi yanaşmamalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti