Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması vacibdir.
Trend-in məlumatına görə, bu barədə Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Bəxtiyar Əliyev deyib.
Ali təhsil haqqında ana xətlərin “Təhsil haqqında” qanunda verildiyini deyən B.Əliyevin sözlərinə görə, son illərdə ali təhsilin keyfiyyəti tamamilə dəyişib. Buna görə də bu təhsil səviyyəsi üzrə ayrıca qanunun hazırlanması lazımdır.