...

AMEA magistrlər üçün müsabiqə keçirəcək

Cəmiyyət Materials 25 Yanvar 2017 17:02 (UTC +04:00)
Bu ilin may-iyun aylarında Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Magistr-2017” müsabiqəsi keçiriləcək.
AMEA magistrlər üçün müsabiqə keçirəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin may-iyun aylarında Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Magistr-2017” müsabiqəsi keçiriləcək.

Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən keçirilən müsabiqənin əsas məqsədi AMEA-da magistratura təhsilini daha da təkmilləşdirmək, magistrlərin elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirməkdir.

Müsabiqədə AMEA-nın magistraturasında təhsil alan 1-ci və 2-ci kurs tələbələri iştirak edə bilərlər. Yekunda hər kurs üzrə ən yüksək nəticələr göstərmiş üç magistr mükafatlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti