...

Gənclərimizin Macarıstanda təhsil alması üçün sənəd qəbulu başladı

Cəmiyyət Materials 26 Yanvar 2017 12:03 (UTC +04:00)
Azərbaycan vətəndaşlarının üçün Macarıstanda ali təhsil alması üçün sənəd qəbuluna başlayıb.
Gənclərimizin Macarıstanda təhsil alması üçün sənəd qəbulu başladı

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan vətəndaşlarının üçün Macarıstanda ali təhsil alması üçün sənəd qəbuluna başlayıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təqaüd proqramı Azərbaycanın Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 11 noyabr 2014-cü il tarixində imzalanmış İş Proqramına əsasən həyata keçirilir.

Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə təqaüd hesabına təhsil almaq imkanı yaradır. Macar dilində ali təhsilə başlamazdan əvvəl tələbələr Balassi İnstitutunda bir illik hazırlıq kursu keçməlidirlər. İngilis dilində proqramlar üçün müraciət edən tələbələr təhsil müəssisəsi tərəfindən müəyyən olunmuş səviyyəyə müvafiq ingilis dili biliyinə malik olmalıdırlar. Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün bakalavr, magistratura təhsil proqramları üzrə təqaüd ayıracaq. Kənd təsərrüfatı, su idarəetməsi üzrə 40, təbiət elmləri, davamlı inkişaf üzrə 30, tibb elmləri üzrə 10, turizm üzrə 40, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar üzrə 30, iqtisadiyyat, biznes və idarəetmə elmləri üzrə 40, doktorantura təhsili üzrə ( istənilən maraq dairəsi üzrə) 10 təqaüdin ayrılması nəzərdə tutulub.

Namizədlərin elektron müraciət formasını doldurmaları üçün yekun tarix martın 5-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti