...

Azərbaycanda ötən il satılan ən bahalı avtomobilin qiyməti

Cəmiyyət Materials 26 Yanvar 2017 21:34 (UTC +04:00)
Azərbaycanda açıq maşın bazarında təklifə çıxarılan avtonəqliyyat vasitələrinin ən maksimal qiyməti 300-320 min manat civarındadır.
Azərbaycanda ötən il satılan ən bahalı avtomobilin qiyməti

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda açıq maşın bazarında təklifə çıxarılan avtonəqliyyat vasitələrinin ən maksimal qiyməti 300-320 min manat civarındadır. Bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

Ekspert bildirib ki, qapalı avtomobil bazarında təklif olunan avtomobillərin qiyməti isə bəzi hallarda 500 min manatdan yuxarıdır: "Həmin avtomobillər məhdud dairədə alınıb satıldığı üçün açıq bazarda təklif olunmur".

R.Osmanlı vurğulayıb ki, dəqiq say məlum olmasa da, 2016-cı il ərzində bahalı avtomobillərin alqı-satqısının həyata keçdiyi barədə məlumatlar var: "Ancaq bu kateqoriyadan olan avtomobillərin də alqı-satqısı ötən illərlə müqayisədə aşağı düşüb".

Azərbaycana ümumi avtomobil idxalına gəlincə isə, R.Osmanlı bildirib ki, 2016-cı ilin yekunlarına əsasən, Azərbaycana idxal olunan avtomobillərin sayı 15 mindən aşağı olub: "Əvvəlki illərdə isə bu rəqəm xeyli yüksək olub. Misal üçün 2014-cü ilin sonunda bu rəqəm 100 mindən çox olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti