...

Bilik Fondu Pedaqoji Kolleclə memorandum imzalayıb (FOTO)

Cəmiyyət Materials 26 Yanvar 2017 15:39 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Bilik Fondu ilə Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollec arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Bilik Fondu Pedaqoji Kolleclə memorandum imzalayıb  (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Bilik Fondu ilə Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollec arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Fondun informasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qurumun gördüyü işlər, könüllülərin layihələrə cəlb olunması, tələbə və müəllimlərlə gələcək əməkdaşlığın mümkün formaları haqqında ətraflı məlumat verib.

Onun sözlərinə görə, ölkə ərazisində, o cümlədən regionlarda azərbaycançılıq məfkurəsinin təbliğində, əhalinin maarifləndirilməsində, gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsində, dil bilgilərinin artırılmasında tələbələrin, gənc müəllim və mütəxəssislərin Fondla birgə fəaliyyətinin qurulması vacibdir. İcraçı direktor Alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə aşkara çıxardığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə 25 dildə nəşr olunmuş “Kitabi-Dədə Qorqud”. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabını kollecin kitabxanasına hədiyyə edib.

Pedaqoji Kollecin direktoru Qulu Novruzov Bilik Fondunun fəaliyyətini izlədiyini vurğulayaraq, maarifləndirmə sahəsində həyata keçirilən layihələrə rəhbərlik etdiyi qocaman təhsil ocağının da qatılacağına əmin olduğunu deyib. Kollecin müəllim və tələbə kollektivini Fondun layihələrində fəal surətdə iştirak etməyə çağıran direktor bunun gənc nəslin hərtərəfli inkişafına böyük təkan olduğunu da bildirib.

Tədbirdə tələbə və müəllim kollektivinə Bilik Fondunun yaranması, məqsəd və vəzifələri, həyata keçirdiyi layihələr haqqında film nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti