...

Pensiya islahatları ilə bağlı yeni qanun layihəsinin qəbulu gözlənilir

Cəmiyyət Materials 26 Yanvar 2017 16:21 (UTC +04:00)
Azərbaycanda pensiya islahatları ilə bağlı yeni qanun layihəsinin qəbulu gözlənilir.
Pensiya islahatları ilə bağlı yeni qanun layihəsinin qəbulu gözlənilir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda pensiya islahatları ilə bağlı yeni qanun layihəsinin qəbulu gözlənilir.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin qarşıdan gələn növbəti yaz sessiyası ilə bağlı parlamentin Əmək və sosial siyasət komitəsinin ilk iclasında bildirilib.

Qeyd olunub ki, bununla bağlı qanun layihəsi artıq hazırdır və onun yanvarın 31-də İşçi Qrupunun, fevralın 3-də isə adıçəkilən komitənin iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur.

Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin fevralın 14-də baş tutacaq plenar iclasına tövsiyə edilməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti