...

Brakonyerliklə məşğul olanlardan 79 ov silahı götürülüb

Cəmiyyət Materials 27 Yanvar 2017 10:57 (UTC +04:00)
2016-cı il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında qanun pozucularına qarşı 979 ədəd akt və 270 ədəd protokol tərtib edilib.
Brakonyerliklə məşğul olanlardan 79 ov silahı götürülüb

Bakı. Trend:

2016-cı il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında qanun pozucularına qarşı 979 ədəd akt və 270 ədəd protokol tərtib edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tərtib edilmiş akt və protokollara əsasən təbiətə dəymiş ziyan 68366,72 manat məbləğində müəyyən olunub, inzibati qaydada 189538 manat cərimə tətbiq edilib. 28 iş hüquq mühafizə orqanlarına, 130 iş isə aidiyyəti üzrə rayon məhkəmələrinə və icra bölmələrinə göndərilib.

O, cümlədən ötən dövr ərzində qanunsuz ovla bağlı xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında brakonyerliklə məşğul olan şəxslərə qarşı 93 akt və 91 protokol tərtib edilərək, onlardan 79 ədəd ov silahı və 303 ədəd patron götürülüb. Həmin şəxslərə 89950 manat məbləğində cərimə tətbiq edilib və 2727,50 manat iddia qaldırılıb.

İl ərzində milli parkların ərazisinə 3081 nəfər xarici, 196449 nəfər yerli vətəndaş olmaqla, ümumilikdə 199530 nəfər turist daxil olub. 2016-cı il ərzində Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidməti tərəfindən 96 akt və protokol tərtib edilib, ümumilikdə 49263,5 manat məbləğində iddia və cərimə tətbiq olunub. 2016-cı il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində aşkar olunmuş qanun pozuntularına görə bir sıra işçilər barəsində müvafiq intizam tənbeh tədbirləri görülüb.

Hazırda ölkədə ümumi sahəsi 892546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 %-ni, o cümlədən milli parklar 3,7%-ni təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti