...

Cocuq Mərcanlı məktəbinin kitabxanasını Bilik Fondu təmin edəcək (FOTO)

Cəmiyyət Materials 27 Yanvar 2017 11:23 (UTC +04:00)
Bilik Fondu Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə Cocuq Mərcanlıda tikiləcək məktəbin kitabxanasına 500 kitab hədiyyə edir.
Cocuq Mərcanlı məktəbinin kitabxanasını Bilik Fondu təmin edəcək  (FOTO)

Bakı. Trend:

Bilik Fondu Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə Cocuq Mərcanlıda tikiləcək məktəbin kitabxanasına 500 kitab hədiyyə edir. Bu barədə Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorundan məlumat verilib.

“Prezident İlham Əliyevin imzaladığı "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" Sərəncam bizim üçün gözlənilən idi. Ötən ilin aprelin 2-də Azərbaycan Ordusunun düşmənin hücumlarının qarşısını almaq məqsədilə apardığı uğurlu əməliyyatların məntiqi nəticəsi Cocuq Mərcanlıya böyük qayıdış olmalıydı.

Lələ təpə yüksəkliyinin düşmən işğalından azad edilməsi Cocuq Mərcanlıda yaşayacaq dinc azərbaycanlı əhalisinə təhlükəsizlik hədiyyəsi oldu. Sərəncam verilən an artıq 190 ailə doğma yurdlarına köçmək istədiklərini dedilər. Bu, çox böyük hadisədir. Qoy bütün Azərbaycan xalqı bilsin ki, işğalda olan başqa torpaqlarımıza da beləcə qayıdacağıq. Düşmən həm Azərbaycan Ordusunun, həm də Azərbaycan xalqının əzəmətini gördü. O torpaqlar Azərbaycanın əzəli və əbədi ərazisidir. Cənab Prezidentin Sərəncamından oxuyuriq: "Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılsın".

Prezidentin Sərəncamından sonra insanların necə sevindiyini, necə ruhlandığını görürük. Sosial şəbəkələrdə əslən Cəbrayıldan olmayanlar da Cocuq Mərcanlıya getməyə, orda yaşamağa hazır olduqlarını bəyan edirlər. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu da böyük qayıdışa töhfə verməyə hazırdır. Bilik Fondu Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə Cocuq Mərcanlıda tikiləcək məktəbin kitabxanasına 500 kitab hədiyyə edir. Kitablar hazırda Bilik Fondunun kitabxanasındadır.

Biz əminik ki, işğalda olan bütün torpaqlarımız yaxın zamanlarda azad olunacaq, yurdlarından didərgin salınanlar öz doğma ocaqlarına qayıdacaq. Aprelin 2-dən başlayan 3 günlük cavab tədbirləri Ermənistanı silkələdi. Azərbaycan haqq yolundadır, ona görə də büdrəmədən irəliləyir. Cocuq Mərcanlının yenidən yaşayış məskənimizə çevrilməsi hadisəsinə görə, nəinki cəbrayıllıları, bütün Azərbaycan xalqını təbrik edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti