...

"75 məktəb" layihəsi çərçivəsində seminarlar davam edir (FOTO)

Cəmiyyət Materials 27 Yanvar 2017 11:43 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə “75 məktəb” layihəsi çərçivəsində keçirilən seminarlar davam edir.
"75 məktəb" layihəsi çərçivəsində seminarlar davam edir  (FOTO)

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə “75 məktəb” layihəsi çərçivəsində keçirilən seminarlar davam edir.

İdarədən Trend-ə verilən məlumata görə, vaxtın idarə olunması, peşə seçimi, imtahana effektiv hazırlaşmaq kimi mövzuları əhatə edən “Müvəffəq məktəbli” adlı seminarların keçirilməsində məqsəd IX sinif şagirdlərinin imtahana hazırlıq prosesinə və düzgün peşə seçminə dəstək olmaqdır. Seminarlar “Dərs Evi” Tədris Mərkəzinin Məktəb Proqramı üzrə koordinatoru və fənn müəllimləri tərəfindən aparılır.

“Müvəffəq məktəbli” adlı seminarların “75 məktəb” layihəsinə cəlb edilən məktəblərin hər birində keçirilməsi nəzərdə tutulub. Layihəyə cəlb olunan 19 ümumi təhsil müəssisəsində seminarlara yekun vurulub.

Qeyd edək ki, “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “75 məktəb” layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı və təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması kimi dəyərlərin təbliğindən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti