...

Baş nazirin müavini: Bu gün bizi narahat edən problemlər yaxın vaxtlarda aradan qalxacaq

Cəmiyyət Materials 28 Yanvar 2017 12:42 (UTC +04:00)
Gənclərin mənzillə təmin olunması istiqamətində bu gün bizi narahat edən problemlər yaxın vaxtlarda aradan qalxacaq.
Baş nazirin müavini: Bu gün bizi narahat edən problemlər yaxın vaxtlarda aradan qalxacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan əhalisinin artımı müsbət göstəricidir. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov YAP Gənclər Birliyinin ötən ilin yekunlarına və 2 fevral - Gənclər Gününə həsr olunan tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkəmizdə əhalinin sayı hər il orta hesabla 1,3 faiz artır.

Baş nazirin müavini əlavə edib ki, təxminən 25 il əvvəl Azərbaycanın 7 milyon əhalisi var idi. İndi isə ölkə əhalisi 10 milyona yaxınlaşır.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanda əhalinin sayının artması ilə əlaqədar insanların mənzil tələbatının ödənilməsi üçün çox ciddi layihələr həyata keçirilir:

"Bununla əlaqədar Prezident tərəfindən müəyyən işlər görülür. Güman edirəm ki, bu layihələrin həyata keçirilməsi nəticəsində gənclərimizin mənzillə təmin olunması istiqamətində bu gün bizi narahat edən problemlər yaxın vaxtlarda aradan qalxacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti