...

Düzgün qidalanma sağlam həyat tərzinin əsası kimi (FOTO)

Cəmiyyət Materials 31 Yanvar 2017 16:40 (UTC +04:00)
“Düzgün qidalanma sağlam həyat tərzinin əsası kimi” mövzusunda videokonfrans keçirilib.
Düzgün qidalanma sağlam həyat tərzinin əsası kimi  (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Bilik Fondu ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron Hökumət” Təlim-Tədris Mərkəzində “Tibbi maarifləndirmə” proqramı çərçivəsində “Düzgün qidalanma sağlam həyat tərzinin əsası kimi” mövzusunda videokonfrans keçirilib.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Qusar, Qazax, Göyçay, Şirvan, Şamaxı, Şəki rayonlarından olan məktəblilərin, müəllim və valideynlərin, həmçinin tibb işçılərinin iştirak etdiyi videokonfransda İSİM-in həkim-mütəxəssisi Nabil Seyidov və Tibbi keyfiyyət standartları şöbəsinin meneceri Nərmin Əliyeva, Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova iştirak ediblər.

X.Hüseynova iştirakçılara Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramının məqsədləri və proqram çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verib. O, gələcək nəslin sağlam böyüməsi üçün tibbi maarifləndirmənin önəmini vurğulayıb.

N.Seyidov düzgün qidalanmanın əsas prinsiplərindən danışıb, sağlam həyat tərzinin formalaşdırılması üçün gündəlik qida rasionunda zülallar, karbohidratlar və yağlardan necə istifadə olunması, meyvə və tərəvəzlərin faydaları barədə dəyərli məsləhətlər verib.

N.Əliyeva piylənməyənin səbəbləri və törətdiyi fəsadlardan söhbət açıb, artıq çəkidən xilas olmaq üçün məktəblilərə ayaqüstü qidalardan qaçmağı və aktiv həyat keçirərək idmanla məşğul olmağı tövsiyə edib.

Sonra mütəxəssislər videokonfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti