...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Xırdalanda vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 31 Yanvar 2017 18:18 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Xırdalanda vətəndaşları qəbul edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Xırdalanda vətəndaşları qəbul edib (FOTO)

Bakı. Trend:

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşları qəbul edib.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının sakinləri, eləcə də burada məskunlaşan Qubadlı və Zəngilan rayonlarından olan məcburi köçkünlər iştirak ediblər. Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri M.Qurbanlı və Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Ulu Öndər Heydər Əliyevin büstü önünə tər güllər düzüb, xatirəsini anıblar.

Qəbulda 20-ə yaxın vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən “Quran” kurslarının təşkili, dini icmaların dövlət qeydiyyatı, məscidlərdə veb kameraların quraşdırılması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri və tikintisi, eləcə də digər məsələlərlə bağlı olub.

Vətəndaşlar Dövlət Komitəsinin sədri M.Qurbanlı tərəfindən diqqətlə dinlənilib. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti