...

Bakı-Sumqayıt yolunda hərəkət çətinləşdi (FOTO)

Cəmiyyət Materials 1 Fevral 2017 09:04 (UTC +04:00)
Bakı-Sumqayıt-Quba avtomobil yolu qarla örtülüb.
Bakı-Sumqayıt yolunda hərəkət çətinləşdi (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı-Sumqayıt-Quba avtomobil yolu qarla örtülüb.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yol zolağı qarla örtüldüyündən avtomobillərin hərəkətində çətinlik yaranıb.

Yolda artıq hərəkət məhdudlaşdırılıb. Yolda uzun tıxaclar yaranıb. Dövlət Yol Polisinin Saray postundan Bakı istiqamətinə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti