...

Bakı Metropolitenində qərargah yaradıldı - stansiya girişləri nəzarətə götürüldü (FOTO)

Cəmiyyət Materials 1 Fevral 2017 11:46 (UTC +04:00)
Havaların qarlı və şaxtalı olması nəticəsində bəzi metro stansiyalarının giriş-çıxışlarının qarla örtülməsinin qarşısını almaq məqsədilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində xüsusi qərargah yaradılıb.
Bakı Metropolitenində qərargah yaradıldı - stansiya girişləri nəzarətə götürüldü (FOTO)

Bakı. Samir Əli - Trend:

Havaların qarlı və şaxtalı olması nəticəsində bəzi metro stansiyalarının giriş-çıxışlarının qarla örtülməsinin qarşısını almaq məqsədilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) xüsusi qərargah yaradılıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, "Bakı Metropoliteni" QSC-nin briqadaları həmin ərazilərə cəlb edilib:

"Ərazilər qardan təmizlənir. Qar intensiv yağdığı üçün bəzən giriş-çıxışların qarlı olması mümkündür. Xüsusilə, Depodan çıxan və Depoya qayıdan qatarların hərəkətini tam təmin etmək üçün yollar təmizlənir. Həmin yollar yerüstü olduğundan bu yollara qar daha çox yağıb. Hazırda qərargah fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir".

N.Paşayev bildirib ki, hazırda bütün stansiyaların giriş-çıxışları nəzarətə götürülüb və qar olan hissələr dərhal təmizlənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti