...

Bakı-Şamaxı-Yevlax yolunda hərəkət çətinləşib - Ağsu dolaylarında problem yaranıb

Cəmiyyət Materials 1 Fevral 2017 12:23 (UTC +04:00)
Havaların qarlı və şaxtalı olması Bakı-Şamaxı-Yevlax avyomobil yolunda avtomobillərin hərəkətini çətinləşdirib.
Bakı-Şamaxı-Yevlax yolunda hərəkət çətinləşib - Ağsu dolaylarında problem yaranıb

Bakı. Samir Əli - Trend:

Havaların qarlı və şaxtalı olması Bakı-Şamaxı-Yevlax avtomobil yolunda avtomobillərin hərəkətini çətinləşdirib.

Trend-in məlumatına görə, yolun bəzi hissələri qarla örtülüb və buz bağlayıb.

Avtomobil yolunun Abşeron rayonunun Təzəkənd, Cəngi yaşayış məntəqələri və Şamaxı rayonlarından keçən hissələrində bəzi yerlər buz bağlayıb. Yolun 140 və 150-ci kilometrliyi - Ağsu dolaylarında da avtomobillərin hərəkətində problem yaranıb. 16 saylı Yol İstismar İdarəsinin texnika və canlı qüvvəsi Ağsu dolaylarında hərəkəti bərpa etmək üçün hazırda əraziyə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti