...

Təhsil Nazirliyinə daxil olan sorğularla bağlı statistika açıqlanıb

Cəmiyyət Materials 1 Fevral 2017 16:28 (UTC +04:00)
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin yanvar ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Təhsil Nazirliyinə daxil olan sorğularla bağlı statistika açıqlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində bu ilin yanvar ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə ümumilikdə 12438 müraciət daxil olub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 9615 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2823 vətəndaşa xidmət göstərilib. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı məsələləri əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti