...

Azərsu: Magistral su kəmərində baş vermiş qəza aradan qaldırılıb

Cəmiyyət Materials 3 Fevral 2017 10:47 (UTC +04:00)
Fevralın 2-də Bakıya gələn magistral su kəmərində baş vermiş qəza aradan qaldırılıb.
Azərsu: Magistral su kəmərində baş vermiş qəza aradan qaldırılıb

Bakı. Samir Əli - Trend:

Fevralın 2-də Bakıya gələn magistral su kəmərində baş vermiş qəza aradan qaldırılıb.

Bu barədə Trend-ə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmənın rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, Bakı Su Kanal İdarəsinin briqadaları və xüsusi texnikaları hadisə yerinə cəlb edilib və dünən axşam saatlarında problem aradan qaldırılıb: "Dünən axşam saatlarında iş yekunlaşıb, hidravlik rejim bərpa olunub. Artıq əhali fasiləsiz içməli su ilə təmin edilib".

Qeyd edək ki, fevralın 2-də magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar "Azərsu" ASC paytaxtın Yasamal, Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacacağı ilə bağlı məlumat yaymışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti