...

Bakı-Şamaxı-Yevlax yolunda avtomobillərin hərəkəti tam bərpa olundu

Cəmiyyət Materials 3 Fevral 2017 12:02 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax yolunda avtomobillərin hərəkəti tam bərpa olunub.
Bakı-Şamaxı-Yevlax yolunda avtomobillərin hərəkəti tam bərpa olundu

Bakı. Samir Əli - Trend:

Bakı-Şamaxı-Yevlax yolunda avtomobillərin hərəkəti tam bərpa olunub.

Trend-in məlumatına görə, yolun buz bağlayan hissələri buzdan təmizlənib və avtomobillərin hərəkətində maneələr aradan qaldırılıb: "Yolun Təzəkənd, Cəngi yaşayış məntəqələri və Şamaxı şəhərindən keçən hissəsi qar və buzdan təmizlənib və avtomobillərin hərəkəti tam təmin olunub. Hazırda yolda heç bir problem yoxdur".

Yolun 140 və 150-ci kilometrliyi - Ağsu dolayları isə 16 saylı Yol İstismar İdarəsinin canlı qüvvələri və texnikaları vasitəsilə qardan təmizlənib, Hazırda Ağsu dolayları ilə avtomobillər normal hərəkətini davam etdirir.

Qeyd edək ki, fevralın 1-də yağan güclü qar nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bəzi hissələrində avtomobillərin hərəkəti çətinləşmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti