...

Fevralın 24-də məktəblərdə ilk dərs Xocalı soyqırımına həsr ediləcək

Cəmiyyət Materials 3 Fevral 2017 13:25 (UTC +04:00)
Ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində fevralın 24-də ilk dərs Xocalı soyqırımına həsr ediləcək.
Fevralın 24-də məktəblərdə ilk dərs Xocalı soyqırımına həsr ediləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində fevralın 24-də ilk dərs Xocalı soyqırımına həsr ediləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov Xocalı soyqırımının iyirmi beşinci ildönümünün təhsil müəssisələrində qeyd edilməsi məqsədi “Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi barədə” əmr verib.

Əmrin icrası ilə bağlı imzalanan Fəaliyyət Planına əsasən, ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində 2017-ci ilin fevral ayı ərzində Xocalı soyqırımına həsr olunmuş geniş tədbirlər həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti