...

Sevinc dərmandan daha yaxşıdır (FOTO)

Cəmiyyət Materials 6 Fevral 2017 11:47 (UTC +04:00)
Ölkəmizdə gənclərin, xüsusilə də körpə və yeniyetmə yaşına çatmamış uşaqların sağlamlığı, onların müayinə və müalicəsi üçün dövlətimiz tərəfindən dünya meyarlarına uyğun səhiyyə ocaqları inşa və lazımi avadalıqla təchiz edilib.
Sevinc dərmandan daha yaxşıdır (FOTO)

Bakı. Trend:

Ölkəmizdə gənclərin, xüsusilə də körpə və yeniyetmə yaşına çatmamış uşaqların sağlamlığı, onların müayinə və müalicəsi üçün dövlətimiz tərəfindən dünya meyarlarına uyğun səhiyyə ocaqları inşa və lazımi avadalıqla təchiz edilib.

Bu müəssisələrdən biri də bir neçə ildir fəaliyyət göstərən Milli Onkologiya Mərkəzinin nəzdində olan Uşaq Onkoloji şöbəsidir. Burada kompleks müalicənin bütün növləri mükəmməliklə icra edilir.

Fevralın 4-ü Ümumdünya Xərçənglə Mübarizə Günündə Azər Türk Bankın nümayəndələri Milli Onkologiya Mərkəzinin nəzdində olan Uşaq Onkoloji şöbəsindəki xəstə uşaqlara baş çəkib, onların və valideynlərinin yeganə ehtiyacının ictimai diqqət, mənəvi dəstək, insanların sevgi və ünsiyyəti olduğunu görüblər. Verilən hədiyyələrdən daha çox uşaqlar klounların şən rəqslərinə, zarafatlarına sevinib, ürək dolusu şənləniblər. "Sevinc və gülüş dərmandan daha yaxşı müalicə edir" - deyib aqillər. Biz də Azər Türk Bank olaraq şəfa arzusu ilə xəstə uşaqlara beləcə sevinc payı gətirdik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti