...

Fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 34 213 nəfərə çatıb

Cəmiyyət Materials 7 Fevral 2017 10:32 (UTC +04:00)
1 fevral tarixinə sistemdə qeydiyyatda olan xarici vətəndaşların sayı 34 213 nəfərə çatıb.
Fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 34 213 nəfərə çatıb

Bakı. Trend:

Cari ilin yanvar ayında fərdi uçot sistemində əlavə olaraq 273 nəfər əcnəbi şəxs qeydiyyata alınıb. 1 fevral tarixinə sistemdə qeydiyyatda olan xarici vətəndaşların sayı 34 213 nəfərə çatıb.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemi ölkəmizdə qurulmuş müasir sığorta-pensiya sisteminin mühüm komponenti kimi 2006-cı ilin əvvəlindən fəaliyyət göstərir. Ötən dövrdə sistemdə fərdi şəxsi hesabı açılan əcnəbilərin sayında müşahidə olunan mütəmadi artım dinamikası cari ildə də davam edir.

2017-ci ilin yanvar ayında sistemdə əlavə olaraq 273 nəfər əcnəbi şəxs qeydiyyata alınıb. Onların hər birinə unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açılıb, sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilib. Bununla da cari ilin 01 fevral tarixinə fərdi uçot sistemində qeydiyyatda olan xarici vətəndaşların sayı 34 213 nəfərə çatıb. Azərbaycanda fərdi uçot sistemində fərdi şəxsi hesabı olan əcnəbilər 125-dək ölkəni təmsil edirlər. Onların arasında sayca daha çox olan Тürkiyə, Gürcüstan və Rusiya vətəndaşlarıdır.

Respublikamızın mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb edilən digər gəlirləri əldə edən əcnəbilərin də fərdi uçot sistemi ilə əhatə olunması ölkəmizin vətəndaşları ilə bərabər, onların da gələcək pensiya təminatı hüquqlarını formalaşdırmalarına imkan yaradıb. Sistemdə qeydiyyatda olan digər sığortaolunanlar kimi, fərdi şəxsi hesaba malik əcnəbilər də məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsi prosesinə “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti vasitəsilə ardıcıl şəkildə nəzarət edə bilirlər.

Xatırladaq ki, 1 fevral 2017-ci il tarixinə fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların ümumi sayı 3 393 453 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti